Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində olub.
Belə ki, 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarov yolu keçərkən onu maşın vurub. Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Qeyd edək ki, E.Cabbarov hadisə baş verən yerin yaxınlığında yerləşən şadlıq evində toy məclisindən geri dönərkən qəzanın qurbanı olub.
Qaynar xətt:
(055) 224 12 12