Braziliyanın Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda 1/8 finalın ilkkinci oyununda Kolumbiya yığması Uruqvay ilə üz-üzə gəldi.
Oxu.Az xəbər verir ki, oyun kolumbiyalıların tam üstünlüyü şəraiti altında keçdi. Rəqibindən hər yerdə bi addım irəlidə olan kolumbiyalılar nəticədə layiqli qələbə qazandılar, 2:0.
Suarezsiz qalan uruqvaylılar isə çox inamsız təsir bağışladılar.
Hesabı oyunun 28-ci dəqiqəsində uzaq məsafədən gözəl zərbə ilə Xames Rodriqes açdı. Muslera bu vəziyyətdə komandasına heç nə ilə kömək edə bilmədi.
Elə həmin Xames Rodriqes 50-ci dəqiqədə ikinci topu uruqvaylıların qapısından keçirərək dubla imza atdı. Bu həmçinin 22 yaşlı kolumbiyalının mundialda 5-ci qolu idi. Və o Messi, Neymar və Mülleri geridə qoyaraq bombardirlər siyahısında ilk pilləyə yüksəldi.
Oyun elə bu hesabla da bitdi. Bütün oyun boyu rəqibindən üstün olan kolumbiyalılar layiqli qələbə qazandılar.
1/4 finalda onların rəqibləri mundial sahibi - Braziliya yığması olacaq.