Bakıda tikintisi davam edən Olimpiya Stadionunun istifadəyə veriləcəyi tarix məlum olub.
Oxu.Az rekord.az-a istinadən xəbər verir ki, arena 2015-ci ilin fevralında istifadəyə veriləcək.
Qeyd edək ki, 65 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb.
Tikintini Türkiyənin “Tekfen” şirkəti həyata keçirir.