Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondunun təsis olunması qərara alınıb.
İcraiyyə Komitəsinin qərarı ilə müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.