Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ata Nurməhəmmədov oğlunun dava salmasının səbəbini açıqladı
UFC-nin yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov döyüşdən sonrakı davanın səbəblərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Nurməhəmmədov bunu belə ifadə edib:
“Makqreqorun komandasından məşqçi daim foto paylaşırdı. Həmin fotoda Həbibin əlində şərab olduğu, onu içdiyi, süzdüyü göstərilirdi. Onu bu şəkildə təqdim edirdi. O, bizim ailəni, dəyərləri, dinimizi təhqir edirdi”.
İdmançının atası deyib ki, oğlunu belə şeylərə münasibət bildirməməyə çağırıb:
“Sənin rəqibin var, ona köklən, vəssalam. Həbib Makqreqoru boğucu fəndlə udanda həmin insan onu təhqir etməyə başladı və sonra da Həbib oktaqondan kənara çıxdı. Bu, yolverilməzdir”.
Qeyd edək ki, Əbdülmanaf Nurməhəmmədov daha əvvəl oğlunu bu hərəkətinə görə sərt şəkildə cəzalandıracağını bildirib.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər