Futzal üzrə milli komandamız dünən Avropa çempionatında qrupdakı ikinci oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, yığmamız İspaniya ilə görüşüb.
Oyun ispanların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da komandamız D qrupunu 2-ci pillədə başa vurub və 1/4 final mərhələsində Portuqaliyaya rəqib olub.
İspaniya isə qrupu zirvədə tamamlayıb.
AVRO-2018
D qrupu
4 fevral
Azərbaycan – İspaniya - 0:1
Qol: Pola, 13.21
E.Ə.
www.oxu.az