Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyinin ilk dəfə qalibi olan Azərbaycan komandası Vətənə qayıdıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yığma üzvlərini Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar.
Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.
A.M.