Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova daha bir medala sahib çıxıb.
Oxu.Az xəbər verir ki, idmançı lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.
Bununla da bədii gimnastımız Yay Universiadasında çıxışını 2 gümüş və 1 bürünc medalla başa vurub.
13:55
Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova daha bir gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançımız bu dəfə gürzlərlə hərəkətlərin icrasında fərqlənib. Bu gün səhər isə Zöhrə halqa ilə hərəkətlərin icrasında eyni nəticəni göstərib.
11:28
Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxış edib.
Oxu.Az xəbər verir ki, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.
Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXXI Yay Universiadasında iki gümüş medal (gürzlər, çoxnövçülük) qazanıb.
Qeyd edək ki, daha əvvəl Universiadada cüdoçularımızdan Rəşid Məmmədəliyev gümüş, Yaşar Nəcəfov və Leyla Əliyeva isə bürünc medal qazanıblar.