Azərbaycan və Şimali İrlandiya yığmaları arasında futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyun keçirilib.
Oxu.Az xəbər verir ki, komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib.
Görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
10 iyun 20:00. Azərbaycan – Şimali İrlandiya - 0:1
Qol: Stüart Dallas, 90+2
Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 13, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.
20:04
Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup oyunu start götürüb.
Oxu.Az xəbər verir ki, komandamız ilk oyunda 0:4 hesabı ilə uduzduğu rəqibini Bakıda qəbul edib.
Azərbaycan – Şimali İrlandiya görüşü saat 20:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayıb.
E.Ə.