Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.
Oxu.Az xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.
Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.
Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.
View this post on InstagramHəmçinin, kikboksinq üzrə məşqçi, kunq fu üzrə dünya çempionu Anar Süleymanov bu üsulla qeydiyyatdan keçib.
View this post on InstagramQeyd edək ki, daha əvvəl MMA döyüşçüsü Aqşin Babayev Salyan rayonundakı hərbi komissarlığa gedərək, könüllü şəkildə müharibəyə getmək üçün müraciət etmişdi.
Səbuhi Musayev
Mövzuya aid xəbərlər
Digər xəbərlər