Oxu.Az xəbər verir ki, tapançadan atəş açmaqda İradə Aşumova ilə Ruslan Lunyov qüvvəsini sınayıb. Təmsilçilərimiz yarımfinala yüksələ bilməyiblər.
Dairəvi stenddə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xal toplayaraq, 11 komanda arasında sonuncu olub. Bununla da təmsilçilərimiz yarımfinala vəsiqə qazanmayıb.
09:55
Avropa Oyunlarının 11-ci günü Bakı Atıcılıq Mərkəzində atıcılıq yarışları keçirilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yarışda iki azərbaycanlı cütlük mübarizələrini davam etdirəcəklər.
İki dəfə Dünya Çempionatının iştirakçısı, 2004-cü il Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olmuş İradə Aşumova, oğlu Ruslan Lunev ilə 10 metrdən hava tapancası ilə atəş növü üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər. 57 yaşlı Aşumova, Bakı 2015 ilk Avropa Oyunlarının ən yaşlı idmançısıdır və bu il təqaüdə çıxacaq.
Atıcılıq üzrə dairəvi stend idman növünün qarışıq komanda yarışlarında çıxış edəcək evli cütlük Emin və Nurlana Cəfərovalar, milli səviyyədə çempionlardır. Emin, eyni zamanda Nurlananın məşqçisidir.
Yarış cədvəli belədir:
09:30 Qarışıq Komanda halında 10 metrdən hava tapançası ilə atəş Təsnifat
09:30 Qarışıq Komanda halında dairəvi stend Təsnifat
10:20 Qarışıq Komanda halında 10 metrdən hava tüfəngi ilə atəş Yarımfinal
11:50 Qarışıq Komanda halında 10 metrdən hava tapançası ilə atəş Yarımfinal
13:30 Qarışıq Komanda halında dairəvi stend Yarımfinal
13:30 Qarışıq Komanda halında dairəvi stend Yarımfinal
14:15 Qarışıq Komanda halında dairəvi stend Finallar
16:50 Qarışıq Komanda halında 10 metrdən hava tüfəngi ilə atəş Finallar
18:20 Qarışıq Komanda halında 10 metrdən hava tapançası ilə atəş Finallar
E.Ə.
www.oxu.az