"Bavariya"da çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
O, məşq zamanı ağır kəllə-beyin travması alıb.
Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.