Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazandı – YENİLƏNİB + VİDEO](https://images.oxu.az/2022/11/01/23/55/44/ac08aa5c-573a-4be1-b21c-8b59ed79c0e2/FotoJet (78):1200.jpg)
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazandı – YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, bununla da 1/8 finala yüksələn daha iki komandanın adına aydınlıq gəlib.
D qrupunda Fransada “Marsel”ə 2:1 hesabı ilə qalib gələn İngiltərə “Tottenhem”i 1-ci, Portuqaliyada “Sportinq”i eyni hesabla məğlub edən Almaniya “Ayntraxt”ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.
Niderland “Ayaks”ı, Almaniya “Bayer”i, İspaniya “Barselona”sı və “Sportinq” isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcəklər.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
1 noyabr
A qrupu
“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0
Qollar: Məhəmməd Salah, 85. Darvin Nunyes, 90+8
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada sürət qatarı yük maşını ilə toqquşdu: Yaralananlar var
- Almaniya miqrasiya sahəsində sərt addımlar atacaq
- Almaniyada hərbi baza üzərində naməlum dronlar görüntülənib
- Almaniyaya ən çox hansı ölkələrdən qeyri-qanuni miqrantlar gəliblər?
- "Haber Global": Olaf Şolts seçki ərəfəsində Türkiyəyə yönəlik isti mesajlar verir
Rəylər