Ekvadorun Quayakil şəhərində keçirilən gənclər arasında dünya çempionatında iştirak edən cüdoçularımız vətənə geri dönüb.
Oxu.Az xəbər verir ki, cüdoçularımız Heydər Əliyev adına Hava Limanında ailələri və sevənləri tərəfindən təmtəraqla qarşılanıb.
Qeyd edək ki, 81 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elcan Hacıyev Vətənə bürünc medalla qayıdıb.