Bakı trekində bir yerdə səhv etsəniz, baha başa gələcək.
Oxu.Az xəbər verir ki, bunu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo jurnalistlərə açıqlamasında deyib.
"Riski sevən adamam, bura xoşuma gələn trasdır. Yol enişli-yoxuşludur. Bakıda maşın sürmək xoşdur, çünki bolidi yüksək sürətdə idarə etmək mümkündür. Bakı məni məmnun etdi, 2017-ci ildəki kimi qalsın. Bəlkə, İçəri Şəhərdəki döngəni 30 sm çəksələr, daha yaxşı olar. İl ərzində ən ecazkar tras Bakı treki olmuşdu. Çünki burada qalib gəlmişəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır.
14:51
"Formula-1-in yeni logosunu bəyənmirəm".
Oxu.Az xəbər verir ki, bunu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo jurnalistlərə açıqlamasında deyib.
D. Rikkardo bildirib ki, bu, onun şəxsi fikirdir: Düzdür, insanlar dəyişiklikləri sevmirlər, ona görə Formula-1-in logosunun dəyişdirilməsi birmənalı qarşılanmayıb. Bəziləri bəyənir, bəziləri isə yox. Mən bəyənmirəm".
***
14:30
Mən apreldə yenidən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu dəfə yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam.
Oxu.Az xəbər verir ki, bunu Formula-1 Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull” komandasının pilotu Daniel Rikkardo jurnalistlərə açıqlamasında deyib.
D.Rikkardo yenidən Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq, həqiqətən də, çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm.
Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda, bu yarış çox əyləncəli idi. Bu Qran-Pri ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər çox gözəldir və burada avtoidman azarkeşlərinə təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur.”
Foto: Ehtiram Jabi
Elvin Əhmədov