Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dieqo Simeone və xanımı Yanukoviçin keçmiş müşavirinin QƏTL ANINI GÖRÜBLƏR
Madridin "Atletiko" futbol klubunun baş məşqçisi Dieqo Simeone və onun həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnovun səs-küylü qətlinin bilmədən şahidi olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "El Espanol" nəşri məlumat verib.
Qeyd edək ki, faciəli hadisə Madridin elit şəhərətrafı ərazisi olan Posuelo-de-Alarkondakı nüfuzlu ABŞ məktəbinin bilavasitə yaxınlığında baş verib. Bu təhsil ocağında məşhur argentinalı məşqçinin qızları Françeska və Valentina Simeone, həmçinin Portnovun özünün övladları təhsil alırlar.
"Bu, hamımız üçün çox ağır idi. Zərərçəkmiş ailələrə daha çox hörmət göstərilməsini xahiş edirəm. Həqiqət budur ki, uşaqlara qayğı göstərmək və onları qorumaq bizim üçün vacibdir", - deyə Karla Pereyra bildirib.
Xatırladaq ki, mayın 21-də baş verən qətl təkcə İspaniyada deyil, beynəlxalq ictimaiyyətdə də geniş rezonans doğurub. Ukraynanın tanınmış hüquqşünası və siyasi xadimi Andrey Portnov Viktor Yanukoviçin hakimiyyəti dövründə (2010-2014) Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb. 2014-cü il hadisələrindən sonra Portnov Ukraynanı tərk edərək Avropada yaşayıb.
İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslər hələ də müəyyən edilməyib və axtarışdadırlar. İstintaq davam edir, qətlin motivləri ilə bağlı müxtəlif versiyalar, o cümlədən siyasi motivlər nəzərdən keçirilir.
"Dieqo Simeone" teqi üzrə xəbərlər
- Simeone bütün zamanların La Liqa rekordunu müəyyənləşdirib
- "Atletiko Madrid" rəsmiləri Dieqo Simeonenin əvəzinə baş məşqçi axtarışlarına başlayıblar
- İlin ən yaxşı klub baş məşqçisi mükafatına namizədlər bəlli olub
- Qvardiola dünyanın ən çox maaş alan baş məşqçisi olub
- Pelleqrini La Liqada rekord qırdı