"Qarabağ" bütün imkanlardan istifadə etdi və bu, oyuna təsirini göstərdi".
Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" (2:0) oyunundan sonra Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk deyib.
O bildirib ki, komandası ikinci hissədə təşəbbüsü ələ keçirib:
"Bizim üç dəfə fərqlənmək fürsətimiz oldu. Lakin təəssüf ki, bu şanslardan yararlana bilmədik. Yəqin ki, siz də gördünüz ki, komanda ilk dəqiqələrdən aqressiv oynayırdı. Biz topu nəzarətdə saxlamaq istəyirdik. Əlimizdən gələni edirdik ki, top bizdə qalsın, lakin rəqibin pressinqi buna imkan vermirdi".
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev" üzərində ümumi hesabda 2:1 hesablı qələbə qazanan "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.