Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçiriləcək “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin iştirakçıları, eləcə də Şahmat Federasiyası, Gənclər və İdman nazirliyi və Synergy Group rəhbərliyi Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Oxu.Az xəbər verir ki, sonra Fəxri Xiyabana gələn Beynəlxalq şahmat turnirinin iştirakçıları məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad etdib, məzarı üzərinə əklil qoyub və gül düzüblər.
Qeyd edək ki, Şəmkir Chess 2014 yarışına hazırlıq başa çatıb, artıq Şəmkir mötəbər turniri qəbul etməyə hazırdır.
Elvin Əhmədov
www.oxu.az