Pekin Olimpiadasının çempionu Elnur Məmmədli Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti seçilib.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, bu barədə qərar Milli Federasiyanın iclasında qəbul olunub.
Elnur Məmmədli təyinatı ilə bağlı açıqlama verib:
“Hər zaman mənə dəstək olan federasiya rəhbərliyinə və Neftçi İSM-ə təşəkkür edirəm. Şadam ki, idmanda qalmaqda davam edəcəyəm. Bundan sonra gənc nəslin yetişməsi üçün çalışacağam.
İstəyirəm ki, Azərbaycanın yeni olimpiya və dünya çempionları olsun. Federasiyanın vitse-prezidenti kimi regionlara səfərlər edəcəyəm. İstedadlı yeniyetmələrin inkişafına kömək edəcəyəm. Cüdo hazırda inkişaf dövründədir. Bu dövrün davam etməsi üçün çalışmalıyıq. Ən əsas işim indi başlayır. Etimadı doğrultmaq üçün səylə çalışacağam”.