"Hər iki komandanın qol vurmaq şansı var idi, amma bu, futboldur".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Eyden Makkarti UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində "Borussiya Dortmund"la keçirilən və 1:2 hesabı ilə başa çatan matçdan sonra deyib.
O bildirib ki, komandanın özünəinamı yüksək olub:
"Məğlub olmağımız təəssüf doğurur. Bəlkə də oyun heç-heçə ilə başa çata bilərdi. Amma biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Nəticə məni qane etmir. Bununla belə, belə oyunlardan nələrsə öyrənirik. Çempionlar Liqasında ilk qolumu vurdum. Bu, karyeram üçün çox böyük uğurdur. Yəqin ki, bu günü heç vaxt unutmayacağam".
Qeyd edək ki, "Sabah"ın matçdakı yeganə qolunu 39-cu dəqiqədə Eyden Makkarti vurub.