1954-1962-ci illərdə "Fənərbağça"nın formasını geyinən qapıçı Ali Şükrü Ersoy 95 yaşında dünyasını dəyişib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Ersoy Türkiyə millisinin heyətində də 8 oyun keçirib.
"Fənərbağça" klubunun yaydığı açıqlamada bildirilib ki, uzun illər komandanın qapısını qoruyan Ersoy futbolçu karyerasından sonra da klubda baş məşqçi və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Klub Ali Şükrü Ersoyu "Türkiyə futbolunun unudulmaz qapıçılarından biri" kimi xatırladığını bildirib və onun ailəsinə, yaxınlarına və bütün "Fenerbahçe" ictimaiyyətinə başsağlığı verib.