Gənclər və idman naziri Fərid Qayıbovun Çin Xalq Respublikasına üç günlük səfəri bu gün başa çatacaq.
Oxu.Az xəbər verir ki, səfər müddətində F.Qayıbov Pekin Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışları izləyib.
Oyunlarda ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
Səfər çərçivəsində nazir bir sıra beynəlxalq görüşlər də keçirib. O cümlədən, bu gün Çin Xalq Respublikası idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb. İki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub. Görüşdə Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov da iştirak edib.
Fərid Qayıbov bu gün mübarizəyə başlayan fiqurlu konkisürənimiz Yekaterina Ryabovanın çıxışını izləyəndən sonra Vətənə dönəcək.