Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların ölkəmizə gəlmə vaxtı dəqiqləşib.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a bildirib ki, Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar və onların pilotları iyunun 20-21-i tarixində artıq paytaxtda olacaq.
Onun sözlərinə görə, yarışda iştirak edəcək bolidlər də elə təxminən o tarixlərdə xüsusi aviareyslərlə Azərbaycana gətiriləcək.
Oxu.Az Azərbaycan Qran-Prisində iştirak edəcək komandaların və pilotlarının siyahısını təqdim edir:
Mercedes AMG Petronas F1 Team
44. Lyuis Həmilton, 77. Valtteri Bottas

Red Bull Racing
3. Daniel Rikkardo, 33. Maks Ferstappen

Scuderia Ferrari
5. Sebastyan Fettel, 7. Kimi Rəykkönen

Sahara Force İndia F1 Team
11. Serxio Peres, 31. Esteban Okon

Williams Martini Racing
19. Felipe Massa, 18. Ləns Stroll

McLaren Honda
14. Fernando Alonso, 2. Stoffel Vandorn

Scuderia Toro Rosso
55. Karlos Sayns, 26. Daniil Kvyat

Haas F1 Team
8. Roman Qrojan, 20. Kevin Magnussen

Renault Sport Formula One Team
27. Niko Hülkenberq, 10. Colion Palmer

Sauber F1 Team
9. Markus Eriksson, 94. Paskal Verlyayn

Elvin Əhmədov
www.oxu.az