“Formula 1” texniki direktoru Çarli Uaytinq 66 yaşında Melburnda vəfat edib.
Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının saytında (FİA) məlumat yayılıb.
Ölümə ağciyər emboliyası səbəb olub.
Ç.Uaytinq Avstraliyada növbəti “Formula-1” mövsümünün açılışına üç gün qalmış dünyasını dəyişib.
Uaytinq “Formula 1” karyerasına 1977-ci ildə “Hesketh Racing” komandasının tərkibində qədəm qoyub. 1988-ci ildə Beynəlxalq Avtomobil Federasiyasının “Formula 1”də texniki nümayəndəsi olub. 1997-ci ildə isə yarışın texniki direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Xatırladaq ki, 2016-cı ildə Ç.Uaytinq Bakıya səfər edərək, trassın “Formula 1” Qran-Prisinə (17-19 iyun) hazırlıq səviyyəsini yoxlamışdı. Onun başçılığı altında ekspert qrupu Baku City Circuit və digər infrastruktur obyektlərini təftiş etmiş və görülən işləri yüksək qiymətləndirmişdi.