Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək (U-23) güləşçilərin Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, Şəhanə Nəzərova (50 kq) yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib – 0:8. Nəzərova bürünc medal üçün güləşəcək. Rəqib Liza Ersel (Almaniya) – Mariya Leorda (Moldova) görüşünün qalibi olacaq.
Elnurə Məmmədova (55 kq) yarımfinalda moldovalı Mixaela Samoilə heç bir şans tanımayıb – 11:4. Beləliklə, finala yüksələn Məmmədova rumıniyalı Andrea Ana ilə həlledici qarşılaşmaya çıxacaq.
Nigar Mirzəzadə (68 kq) yarımfinalda U-23-lər arasında dünya üçüncüsü olmuş Aslı Dəmirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb – 6:0. Nigar bürünc medal uğrunda qarşılaşmada Karolina Kozlovska (Polşa) – Marta Navaro (İspaniya) görüşünün qalibiylə güləşəcək.
Qeyd edək ki, bu çəkillərdə medal görüşləri martın 10-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
15:36
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşacaq.
Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib – 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoillə üz-üzə gələcək.
Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olha Maslovskanı üstələyib – 4:1. Millimizin üzvü finala çıxmaq yolunda türk Aslı Dəmirlə mübarizə aparacaq.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.