Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İngiltərə Premyer Liqası: "Mançester Siti" və "Arsenal"dan geridönüş
İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion "Mançester Siti" evdə "Fulhem"i qəbul edib.
Oyunda hesabı qonaqlar açsalar da, meydan sahibləri matçın gedişini dəyişməyi bacarıblar. "Mançester Siti" ardıcıl üç qol vuraraq geridönüş edib və üç xalı qazanan tərəf olub - 3:2. Kovaçiç dublla yadda qalıb.
Digər qarşılaşmada da hadisələr oxşar ssenari ilə cərəyan edib. "Arsenal"ın "Southempton"u qəbul etdiyi matçda ilk qonaqlar fərqləniblər. Lakin "topçular" ardıcıl üç qolla geridönüşə imza ataraq qalib gəlməyi bacarıblar - 3:1.
Bu nəticələrdən sonra "Mançester Siti" və "Arsenal" hərəyə 17 xalla 2 və 3-cü yerləri bölüşürlər. Turnirə bir xal çox toplayan "Liverpul" başçılıq edir.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- Kevin De Bruynedən təsirli paylaşım
- İngiltərə Premyer Liqası: "Mançester Siti" autsayderə şans vermədi
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Ançelotti, yoxsa Qvardiola? - Braziliya millisinin baş məşqçisi postuna namizədlərin adı açıqlandı
- Holand "Mançester Siti"nin maskotunu yaralamaqda ittiham olunur