Dünən Uruqvay komandasına uduzduqdan sonra İngiltərə yığması mövqeyini silkələyərək qrupdan çıxışını şübhə altında qoydu.
Bu, bütün dünyada futbol hadisələrinə qarşı öz səs-küylü reaksiyaları ilə məşhur olan ingilis azarkeşlərini dəhşətə gətirməyə bilməzdi.
Oxu.Az Britaniya KİV-nə istinadən xəbər verir ki, vəziyyəti İngiltərə yığmasının aqressiv dalğaya köklənmiş braziliyalılar daha da ağırlaşdırdı. Bu, dünən San-Paulonun küçələrində matç zamanı iğtişaş salan azarkeşlər olub.
İnsident nəticəsində ən azı 10 ingilis müxtəlif dərəcəli travmalar ilə xəstəxanaya yatırılıb. San-Paulo polisi 15 nəfərin həbs edildiyini təsdiqləyib.
Aliyə İsmayılzadə
www.oxu.az