İtaliya A Seriyasının 33-cü turunda "Napoli" klubu "Latsio"nu qəbul edib.
Oxu.Az xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Matçda hesabı 6-cı dəqiqədə Matteo Kançellyeri açıb. 57-ci dəqiqədə Toma Başiç yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Napoli" 66 xalla ikinci, "Latsio" 47 xalla doqquzuncu yerdə qərarlaşıb.