Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Köln"lə görüşdə əvəzlənən Mahir Emreli baş məqşçiyə qəzəblənib
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.
Oxu.Az nn.de-yə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.
Nəşr Emrelinin bunun üçün "Instagram" hesabında post da paylaşdığını və daha sonra sildiyini yazıb. Kloze isə forvardın etirazına səssiz qalıb.
Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib, həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Mahir Emrelinin paylaşımı "Nürnberq" klubunda etirazlara səbəb oldu
- Almaniya mediası Mahir Emrelini eqoist adlandırdı
- Miroslav Kloze Mahir Emreli haqqında optimist olmağa çalışır
- Mahir Emrelinin "Munster"lə görüşdə meydana çıxmamasının səbəbi bəlli olub
- Miroslav Kloze: "Mahir Emreli oruc tutduğu üçün ona hörmət edirəm"