Cənubi Koreyanın “Kvancu” komandasının oyunçusu Syunq-Mo Linin “Tecon Sitizen” klubuna qarşı oyunda boynu qırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Eurosport” məlumat yayıb.
Matçın 20-ci dəqiqəsində futbolçu top uğrunda hava mübarizəsi zamanı yerə uğursuz düşüb və boynunu qırıb.
Futbolçuya dərhal xəstəxanaya çatdırılıb.
Qarşılaşma “Tecon Sitizen” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxu.Az yeniləndi!