Portuqaliya millisinin və “Real” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa qitəsinin ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, Ronaldo ilə bərabər Avropanın ən yaxşısı adına Hollandiya millisinin üzvü Rayien Roben və Almaniya yığmasının qapıçısı Manuel Noyer də layiq görülə bilərdi, ancaq portəgizli buna imkan verməyib. Ronaldo bu iki futbolçu arasından ən yaxşı seçilib.