"Liverpul" klubu 17 ildən sonra titul sponsorunu dəyişəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, 2027/28 mövsümündən etibarən klubun kişi və qadın komandalarının, həmçinin akademiyanın formalarında Türkiyənin "Turkish Airlines" aviaşirkətinin loqosu yer alacaq.
2010-cu ildən "Liverpul"un titul sponsoru olan "Standard Chartered" isə 2027-ci ilin iyunundan qlobal tərəfdaş statusunda əməkdaşlığı davam etdirəcək.
"Turkish Airlines"la müqavilə beşillikdir. Sazişin ümumi dəyəri 300 milyon funt sterlinqdir. Bu, mövsümə 60 milyon funt sterlinqdən çox gəlir deməkdir. "Liverpul" bu anlaşmanı Premyer Liqa tarixində yalnız forma sponsorluğunu əhatə edən ən gəlirli müqavilə hesab edir.