“Liverpul” klubunun 30 illik fasilədən sonra İngiltərə çempionu adını qazanması maraqlı səhnələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, “Liverpul”un sabiq futbolçusu Ceymi Karager komandanın kapitanı Cordan Hendersonun müsahibə verdiyi vaxt canlı yayımda sevincini saxlaya bilməyib.
42 yaşlı sabiq mərkəz müdafiəçisi efirdə şampan partladıb.
🍾 @JHenderson @LFC 🏆😀 pic.twitter.com/Dwby80WI4h
— Jamie Carragher (@Carra23) June 25, 2020
Qeyd edək ki, dünən “Mançester Siti”nin “Çelsi”yə Londonda 1:2 hesabı ilə uduzmasından sonra “Liverpul” 19-cu çempionluğunu rəsmiləşdirib.
Səbuhi Musayev