Belçika millisi və “İnter”in hücumçusu Romelu Lukakunun karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib.
İdman jurnalisti Fabrisio Romano futbolçunun tezliklə Londona gələrək “Çelsi” ilə müqavilə imzalayacağını, onun təqdimatının isə gələn həftə baş tutacağını bildirib.
Premyer Liqa klubunun keçmiş oyunçularından Didye Droqba artıq bu münasibətlə “O, evə gedir” yazaraq, paylaşım edib.
He’s coming home @RomeluLukaku9 @ChelseaFC 💙💙💙💙💙💙💙💙💙 pic.twitter.com/xFzxecgLZ2
— Didier Drogba (@didierdrogba) August 8, 2021