Əfsanəvi argentinalı futbolçu, hazırda “Ximnasiya i Esqrima” klubunu çalışdıran Dieqo Armando Maradona baş məşqçi karyerasını İspaniya klubunda davam etdirə bilər.
Fichajes.com xəbər verir ki, yeni mövsümdən La Liqada oynamaq hüququnu əldə edən “Elçe” Maradonanın xidmətlərindən istifadə etmək istəyir.
Klub rəhbərliyi artıq komandanın baş məşqçisi Rojo Martini istefaya göndərib və onu Maradona ilə əvəz etməyi planlaşdırır.