"Neftçi" Misli Premyer Liqasının III turunda "Turan Tovuz"a məğlub olub.
Oxu.Az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 6-cı dəqiqədə Roberto Olabe paytaxt klubunun qapısından keçirib.
Qeyd edək ki, III turun bu gün baş tutan "Sumqayıt" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 1:1.
Daha çox foto burada: PhotoStock.az
Bu gün Misli Premyer Liqasında üçüncü tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki oyun baş tutacaq.
"Sumqayıt" klubu "Şamaxı"nı, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" klubu "Kəpəz"lə, "Araz-Naxçıvan" klubu "Qəbələ" ilə avqustun 30-da üz-üzə gələcək. Turun son günündə isə - avqustun 31-də "Karvan-Yevlax" klubu "Qarabağ"la, "Sabah" klubu "İmişli" qarşılaşacaq.
29 avqust
Misli Premyer Liqası
III tur
Saat 18:30, "Sumqayıt" - "Şamaxı";
Saat 20:30, "Neftçi" - "Turan Tovuz".