İsrailli MMA döyüşçüsü Natan Levi “Dana White Contender Series” yarışında növbəti qələbəsini qazanıb.
Bununla bağlı təşkilatın “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Levi amerikalı rəqibi Şaxin Santanı məğlub edib. 29 yaşlı israilli idmançı üçüncü raundda rəqibinə qarşı boğucu fənd yerinə yetirib. Nəticədə amerikalı huşunu itirib.
Qələbə nəticəsində Levi UFC ilə müqaviləni tam təmin edib.
PUT HIM TO SLEEP!@Levy_Natan showed why he's dangerous everywhere 😳
— UFC (@ufc) November 11, 2020
[ #DWCS on #ESPNPlus ] pic.twitter.com/Sy7jNlWFlP