“Neftçi”nin əsas komandadan uzaqlaşdırdığı və transferə çıxardığı xorvatiyalı futbolçu Slavko Braliç Bakıda deyil.
Oxu.Az-ın xəbərinə görə, Braliçin Bakıda əvəzedici komandaya qoşulduğu deyilsə də, futbolçu yaxın dostu, bosniyalı futbolçu Stefan Bariçin toyunda iştirak edib.
26 yaşlı müdafiəçi hətta nikah şahidi olub. O, toyda sevgilisi Tiyana Bilbiya ilə iştirak edib.
Səbuhi MUSAYEV