"Nyukasl Yunayted" Eddi Hounun gedişindən sonra Mattias Yayssleni komandanın yeni baş məşqçisi təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssis "Nyukasl" ilə dördillik müqavilə imzalayıb. İngiltərə klubu Yaysslenin keçidi üçün Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna 11 milyon avro təzminat ödəyib.
Yayssle "Əl-Əhli" ilə ardıcıl iki dəfə - 2024/25 və 2025/26 mövsümlərində Asiya Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Nyukasl" 2025/26 mövsümündə 49 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 12-ci yeri tutub.