"Hədəfim qızıl medal qazanmaq idi, amma bəzi səhvlər nəticəsində bunu bacarmadım".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ömər Salmanov (48 kq) 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatında bürünc medal qazandıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti mundialda "bürünc"ü "qızıl" etmək istəyir:
"Azərbaycanda keçirilən görüşdə medalsız qalmamalı idim. Dünən parter vəziyyətində etdiyim səhvlərə görə məğlub oldum. Şükür Allaha ki, medalsız qalmadım. Rəqib məğlubiyyəti həzm edə bilmədi, amma idmanda belə şeylər olur".
Qaynar xətt:
(055) 224 12 12