İngiltərə Premyer Liqasında VIII tur davam edir.
Oxu.Az xəbər verir ki, “Çelsi” çempionatda ardıcıl ikinci qələbəsini qazanıb.
London təmsilçisi səfərdə “Bernli”dən güclü olub - 1:4. Hesabı meydan sahiblərinin heyətində Uilson Oddobert açsa da, Koul Palmer (penaltidən), Rahim Sterlinq, Nikolas Ceksonun qolları və Amin Al Daxilin avtoqolu “zadəganlar”a qələbə qazandırıb.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran “Mançester Yunayted” doqquzuncudur. “Brentford” isə yeddi xalla 14-cü pillədə qərarlaşıb.
Faiq Tahirov