Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 32 xalla yeddincidir.
Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1), "İmişli" "Qəbələ"ni (1:0) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqasında 27-ci turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk görüşündə "Qəbələ" "İmişli"ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. Yeganə qolu 45-ci dəqiqədə Dioqo Rollo vurub.
Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 19 xalla 11-ci sıradadır.
Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Bu turdan əvvəl meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıblar.
Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Tovuz klubu 49 xalla ikinci, "Sumqayıt" 32 xalla yeddinci sıradadır.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.