Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir.
Oxu.Az xəbər verir ki, gecənin qarşılaşmasında PSJ klubu Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edəcək.
Azərbaycanda azarkeşlər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər.
Yarımfinalın digər oyunu isə sabah keçiriləcək. "Atletiko Madrid" doğma meydanda "Arsenal"ı qəbul edəcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-i və 6-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi
28 aprel
Saat 23:00, PSJ - "Bavariya" ("CBC Sport" TV).