Türkiyə nəhənglərindən olan "Qalatasaray" "Monako" klubundan transfer etdiyi Uilfrid Sinqonun sərbəstqalma qiymətini yüksəldib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Sinqonun keçidi üçün "Monako"ya 31 milyon avro ödəyən "sarı-qırmızılar" 24 yaşlı futbolçu üçün 60 milyon avro tələb edəcək.
Qeyd edək ki, Uilfrid Sinqo "Qalatasaray"dakı ilk oyununu "Rizespor"a qarşı keçirib, görüş "sarı qırmızılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.