"Qalatasaray" klubu Türkiyə Superliqasında 2024-25 mövsümü üzrə çempion olmağa daha da yaxınlaşıb.
Oxu.Az xəbər verir ki, Türkiyə Superliqasının XXXIV turunda "Fənərbağça" "Beşiktaş"a 0:1 hesabı ilə uduzub. Növbəti turda "sarı-lacivərdlilər" "Başakşehir"ə qarşı oyunda xal itirsələr və "Qalatasaray" "Trabzonspor"la oyunda qələbə qazansa, çempionluğunu mövsümün bitməsinə üç tur qalmış elan edəcək.
Qeyd edək ki, hazırda Türkiyə Superliqasında turnir cədvəlində "Qalatasaray" 83 xalla liderdir, "Fənərbağça" isə 75 xalla ikinci pillədədir.