Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Artıq “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb.
Səpələnmişlər səbətində yer alacaq “Qarabağ”a bu cütlərdən biri rəqib olacaq:
“Şerif” (Moldova) – “Dandolk” (Şimali İrlandiya)
“Klaksvik” (Farer adaları) – “Dinamo” (Gürcüstan)
“Leqiya” (Polşa) – “Drita” (Kosovo)
Maraqlıdır ki, “Qarabağ”ın bu ay UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşdığı Moldova çempionu “Şerif” yenidən rəqib ola bilər.
Qeyd edək ki, püşkatma bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.