"Yaxşı bir komandaya qarşı oynayacağıq".
Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, maraqlı oyun olacağını düşünür:
"Oyuna istədiyimiz kimi hazırlaşmışıq. Yaxşı nəticə əldə edəcəyimizə inanırıq. Rəqib də oyuna yaxşı hazırlaşıb. Hətta liqadakı iki oyununu təxirə salıb. Yenə də inanıram ki, nəticədən asılı olmayaraq, maraqlı oyun olacaq. Bizim həyətimizdə dəyişikliklər olacaq. Ola bilər ki, Renaldo Sefas zədəli Zakaria Savonun əvəzində hücumun mərkəzində çıxış etsin. Amma hələ ki, tam qəti qərar verməmişəm".
Qeyd edək ki, "Arena Lublin" stadionunda keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə avqustun 13-də saat 20:00-da başlayacaq.