“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun klubun əsas qapıçısı İbrahim Şehiçi cəzalandırdığı ilə bağlı xəbərlər yayılıb.
Xəbərdə deyilir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiçi qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərib.
Oxu.Az xəbər verir ki, "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ölkə.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib edərək bildirib ki, bu, yalan xəbərdir: "Qurban Qurbanov heç bir oyunçunu cəzalandırmayıb. İbrahim Şehiçin əvəzedici komandaya göndərilməsi uydurmadır".
Qeyd edək ki, 29 yaşlı qapıçı 2013-cü ildən "Qarabağ" klubunun qapısını qoruyur.
08:49
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.
Oxu.Az futbol11.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini - uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
Qeyd edək ki, 29 yaşlı qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.
A.S.
www.oxu.az