Azərbaycanlı idmançı Rəsul Çunayev “Instagram” səhifəsində maraqlı video paylaşıb.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, dünya çempionumuz yaxınları ilə birlikdə Qusarda istirahət edib.
İdmançımızın şərəfinə quzu kəsilib, daha sonra kabab çəkilib. İdmançımız həmin görüntüləri izləyiciləri ilə paylaşıb.
Qeyd edək ki, Rəsul avar əsilli azərbaycanlı yunan-Roma güləşçisidir. Rəsul Çunayev 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. O, həmçinin Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısıdır. Rəsul Çunayev 2015-ci ildə Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının qızıl medalçısıdır.
A.M.