Almaniyada yüksək vəzifəli şəxsin qızını zorlamaqda və qətlə yetirməkdə şübhəli bilinən Əfqanıstandan olan gənc həbs edilib.
Oxu.Az Bildə istinadən xəbər verir ki, 19 yaşlı Mariya Ladenburgerin qətlində ittiham edilən şəxs əslən Əfqanıstandan olan 19 yaşlı gəncdir. O, Almaniyaya 2015-ci ildə sığınacaq istəyən mühacir kimi gəlib.
“Daily Mail”in mulumatına görə, qız yüksək vəzifəli şəxsin qızıdır və tibb fakültəsində təhsil alırdı, asudə vaxtlarında isə qaçqınlar üçün sığınacaqda könüllü olaraq çalışırdı.
Qətlə yetirilənin atasının hüquq doktoru Klemens Ladenburgerin olduğu qeyd edilib. O, Avropa Komissiyasının hüquq üzrə idarə direktorunun köməkçisidir.
N.O.
www.oxu.az